​Ərdoğan: "ABŞ Türkiyə ilə kürdlər arasında seçim etməlidir"

​Ərdoğan: "ABŞ Türkiyə ilə kürdlər arasında seçim etməlidir" "Sizin tərəfdaşınız kimdir - biz, yoxsa Kobanidən olan o terrorçular?"
Region
7 Fevral , 2016 22:11
​Ərdoğan: ABŞ Türkiyə ilə kürdlər arasında seçim etməlidir

Bakı. 7 fevral. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ı Ankara ilə Suriya kürdlərinin Demokratik İttifaq Partiyası arasında seçim qarşısında qoyub.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə liderinin Amerika prezidenti Barak Obamanın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqerkin Suriya Kürdistanına səfərindən bir həftə sonra edilən bəyanatında bildirilir.

"Biz sizə necə etibar edə bilərik? Sizin tərəfdaşınız kimdir - biz, yoxsa Kobanidən olan o terrorçular?", - deyə Ərdoğan bildirib.

Son xəbərlər

Orphus sistemi