Ərdoğan: "ABŞ terrorçu Fətullah Güləni gizlətməməlidir"

Ərdoğan: "ABŞ terrorçu Fətullah Güləni gizlətməməlidir" Vaşinqton "Hizmət" hərəkatının ideoloqunun Türkiyəyə verilməsinə bəraət qazandıra bilməz
Region
21 Sentyabr , 2016 00:38
Ərdoğan: ABŞ terrorçu Fətullah Güləni gizlətməməlidir

Bakı. 21 sentyabr. REPORT.AZ/ "ABŞ fəaliyyəti bütün dünyada qadağan edilmiş terrorçu Fətullah Güləni gizlətməməlidir".

"Report"un məlumatına görə, bunu "Reuters"ə müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Vaşinqton "Hizmət" hərəkatının ideoloqu Gülənin Türkiyəyə verilməsinə bəraət qazandıra bilməz.

Ərdoğan qeyd edib ki, Türkiyə hakimiyyəti Güləni iyulun 15-də dövlət çevrilişinə cəhddə ittiham edir.

"Əgər ABŞ bizim NATO üzrə strateji müttəfiqimiz və tərəfdaşımızdırsa, onda Gülənə belə təşkilatın əsasını qoymağa icazə verməməlidir", - deyə Ərdoğan əlavə edib. 

Son xəbərlər

Orphus sistemi