​Ekstremistlər Türkiyənin şərqində qatarı partladıblar

​Ekstremistlər Türkiyənin şərqində qatarı partladıblar Partlayış nəticəsində qatarın maşinisti xəsarət alıb, vaqonlara və dəmiryolu xəttinə ziyan dəyib
Region
31 İyul , 2015 15:30
​Ekstremistlər Türkiyənin şərqində qatarı partladıblar

Bakı. 31 iyul. REPORT.AZ/ Türkiyənin şərqindəki Van əyalətində qatarın hərəkət etdiyi yolda mina partladılıb.

"Report" "HaberTurk"ə istinadən xəbər verir ki, partlayış nəticəsində qatarın maşinisti xəsarət alıb, vaqonlara və dəmiryolu xəttinə ziyan dəyib.

Qeyd olunur ki, qatarda 17 iranlı dəmiryolçu da daxil olmaqla, 20 nəfər olub.

Hazırda qatarın və dəmiryolu xəttinin təmiri aparılır. Təhlükəsizlik qüvvələri partlayışı törədən şəxslərin aşkarlanaraq həbs olunması istiqamətində tədbirlər həyata keçirir. 

Son xəbərlər

Orphus sistemi