Əhməd Davudoğlu erməni baş müşavirinin yerinə yeni şəxs təyin edib

Əhməd Davudoğlu erməni baş müşavirinin yerinə yeni şəxs təyin edib Əvvəl bu vəzifədə Türkiyədə yaşayan erməni Etyen Mahçupyan çalışırdı
Region
28 Aprel , 2015 11:06
Əhməd Davudoğlu erməni baş müşavirinin yerinə yeni şəxs təyin edib

Bakı. 28 aprel. REPORT.AZ/ Türkiyənin baş naziri Əhməd Davudoğlu baş müşaviri vəzifəsinə Milli Təhsil Nazirliyinin mətbuat məsələləri üzrə müşaviri Əbdülqadir Özkanı təyin edib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Xəbərə görə, yeni baş müşavir İstanbul Bilgi Universitetinin Kommunikasiya fakültəsini bitirib. Uzun illər xarici ölkələrdə media və mədəniyyətlərarası əlaqələr istiqamətində fəaliyyət göstərib. O, həm də Türkiyənin UNESKO-dakı Milli əlaqələr komitəsi İdarə heyətinin üzvü olub.

Xatırladaq ki, ondan əvvəl bu vəzifədə Türkiyədə yaşayan erməni Etyen Mahçupyan çalışırdı. O, təqaüd yaşı ilə əlaqədar bu ilin martında tutduğu vəzifədən azad edilib. 

Son xəbərlər

Orphus sistemi