Əhməd Davudoğlu: "Türkiyədə təhlükəsizlik tam təmin edilməyincə əməliyyatlar davam etdiriləcək"

Əhməd Davudoğlu: "Türkiyədə təhlükəsizlik tam təmin edilməyincə əməliyyatlar davam etdiriləcək" "Türkiyə vətəndaşlarının hamısı bərabər hüquqlara malikdir"
Region
19 Aprel , 2016 15:05
Əhməd Davudoğlu: Türkiyədə təhlükəsizlik tam təmin edilməyincə əməliyyatlar davam etdiriləcək

Bakı. 19 aprel. REPORT.AZ/ "Türkiyədə təhlükəsizlik tam təmin edilməyincə antiterror əməliyyatları davam etdiriləcək"."Report" xəbər verir ki, bunu Strasburqda AŞPA-nın sessiyası çərçivəsində sualları cavablayarkən Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.

"Əgər PKK, İÇİD və digər terror təşkilatları yerlərə mina döşəyirsə, snayperlərdən istifadə edirsə, partlayışlar törədirsə, mən onları dayandırmağa borcluyam. Bütün bunlar Türkiyənin bütün vətəndaşlarının özünü təhlükəsiz hiss etdiyi ana qədər davam edəcək. Türkiyənin hər yerində təhlükəsizlik təmin olunmayınca bu əməliyyatlara son verilməyəcək", - deyə Ə.Davudoğlu bildirib.

Türkiyə baş naziri suriyalı qaçqınların Türkiyədə hücumlara məruz qalmasıyla bağlı iddiaları da rədd edib: "Türkiyədə özünü təhlükədə hiss edən heç bir suriyalı qaçqın yoxdur".

Ə.Davudoğlu ölkədə insan hüquqları və mətbuat azadlığı ilə bağlı vəziyyət haqqında sualı cavablandırarkən Türkiyənin heç bir nəşrinə təzyiqlər olmadığını, onların sərbəst formada fəaliyyət göstərdiyini, ölkənin bütün vətəndaşlarının isə bərabər hüquqlara malik olduğunu söyləyib: "Ölkədə kimsə fərqləndirilmir. Bizim ölkədə heç kim nə etnik, nə də dini mənsubiyyətinə görə təcrid olunmur. Vətəndaşların hamısı bərabər hüquqlara malikdirlər".

Son xəbərlər

Orphus sistemi