Əhməd Davudoğlu: "Suriyadakı kürd terrorçularının mövqelərini bombalaya bilərik"

Əhməd Davudoğlu: "Suriyadakı kürd terrorçularının mövqelərini bombalaya bilərik" Baş nazir Türkiyədəki terrorçulara dəstək verən Suriyadakı qruplaşmaya xəbərdarlıq edib
Region
11 Fevral , 2016 13:35
Əhməd Davudoğlu: Suriyadakı kürd terrorçularının mövqelərini bombalaya bilərik

Bakı. 11 fevral. REPORT.AZ/ "Türkiyənin terrora qarşı apardığı mübarizəyə görə terrorçulara Suriyadan da bir dəstək gələrsə, o zaman biz İraqda Kandillə bağlı gördüyümüz tədbirlərimizi ora üçün də görəcəyik".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Əhməd Davudoğlu hollandiyalı həmkarı Mark Rutte ilə birlikdə keçirdiyi mətbuat konfransında bildirib.

Türkiyə hökumətinin başçısı Suriyada insanlıq əleyhinə cinayət törədildiyini vurğulayaraq, ABŞ-dan terrorçu "PYD"nin (terrorçu PKK-nın Suriyadakı bölməsi) qolu sayılan "YPG" məsələsində mövqeyini qətiləşdirməsini tələb edib.

Qeyd edək ki, ABŞ rəsmiləri terrorçu PKK ilə "PYD" və "YPG"nin eyni olmadığını, PKK-nın terrorçu, o biri iki qruplaşmanın isə İŞİD-ə qarşı mübarizə apardığını bildirirlər.

Xatrıladaq ki, Kandil dağının İraqdakı hissəsində terrorçu PKK-nın düşərgələri yerləşir. Türkiyə antiterror əməliyyatlar çərçivəsində bu ərazidə tədbirlər həyata keçirir. Əhməd Davudoğlu Türkiyədəki terrorçulara Suriyadan dəstək gəldiyinə işarə edərək, "YPG"-nin də mövqelərinin vurulacağını söyləyib. 

Son xəbərlər

Orphus sistemi