Bakı. 5 mart. REPORT.AZ/ "Həqiqətən də Mosulda vuruşmarıq".
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu ABŞ-a səfəri zamanı təyyarədə jurnalistlərə müsahibəsində deyib.
İŞİD-ə qarşı mübarizədə İraq ordusunu dəstəkləyəcəklərini bəyan edən hökumət başçısı bunları söyləyib: "Mosulun İŞİD-dən geri alınması üçün İraqın başlayacağı hərbi əməliyyata hər cür dəstək verəcəyik, ancaq vuruşmayacağıq. Türkiyə doğrudan İraq və Suriyada qızğın bir döyüşün tərəfdarı deyil. Ancaq Türkiyəyə basqın olarsa, anında cavabını verərik. Buna potensialımız və qüdrətimiz çatır. Xalqdan güc alan qurumları dəstəkləyirik. Mosulun seçilmiş valisi Nuceyfi bizim üçün hələ də validir".