Əhməd Davudoğlu Londona gedir

Əhməd Davudoğlu Londona gedir İki günlük səfər çərçivəsində Davudoğlu Kameron ilə bir araya gələcək
Region
19 Yanvar , 2015 21:50
Əhməd Davudoğlu Londona gedir

BAKI. 19 yanvar. REPORT.AZ/ Türkiyənin baş naziri Əhməd Davudoğlu bu gün Böyük Britaniyaya səfər edəcək.

"Report" TRT-yə istinadla xəbər verir ki, iki günlük səfər çərçivəsində Ə.Davudoğlu həmkarı David Kameron ilə bir araya gələcək.

Tərəflər Suriya və İraqdakı vəziyyət başda olmaqla regional və beynəlxalq məsələləri, həmçinin terrorizmә qarşı mübarizə sahəsində əməkdaşlıq kimi mövzuları müzakirə ediləcək.

Baş nazir Davudoğlu səfər çərçivəsində Birləşmiş Krallığın düşüncə quruluşlarından "Wilton Park" tərəfindən təşkil ediləcək tәdbirdə çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi