​Əhməd Davudoğlu koalisiya hökumətinin qurulması üçün ilk görüşünü keçirib

​Əhməd Davudoğlu koalisiya hökumətinin qurulması üçün ilk görüşünü keçirib AKP-li qonaqlar CHP-yə gümüş nimçədə şirin simit və şokolad gətiriblər
Region
13 İyul , 2015 18:16
​Əhməd Davudoğlu koalisiya hökumətinin qurulması üçün ilk görüşünü keçirib

Bakı. 13 iyul. REPORT.AZ/ Bu gün Türkiyənin baş naziri səlahiyyətlərini icra edən Əhməd Davudoğlu koalisiya hökumətinin qurulması üçün ilk rəsmi görüşünü Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu ilə keçirib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Onu CHP mərkəzi qərargahının qarşısında partiya sədrinin müavini Faik Öztrak qarşılayıb.

Görüşə mülki avtomobildə gedən Əhməd Davudoğlunu baş nazirin müavini Numan Kurtulmuş, mədəniyyət və turizm naziri Ömər Çelik, inkişaf naziri Cevdət Yılmaz və Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbuldan olan millət vəkili Ayşə Nur Bahçekapalı müşayiət edib.

Görüşdə CHP lideri Kamal Kılıcdaroğlunu müvainləri Haluk Koç, Selin Sayek Böke və Faik Öztrak, eləcə də partiyanın İstanbuldan olan millət vəkili Akif Hamzaçebi müşayiət edib.

Danışıqlar partiya qərargahının 12-ci mərtəbəsində mətbuat üçün qapalı keçirilib.

AKP-li qonaqlar CHP-yə gümüş nimçədə şirin simit və şokolad gətiriblər.

Xatırladaq ki, AKP lideri növbəti görüşü iyulun 14-də Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı ilə keçirəcək. Əhməd Davudoğlunun üçüncü görüşü isə iyulun 15-də Xalqların Demokratik Partiyasının həmsədrləri Səlahəttin Dəmirtaş və Firgen Yüksəkdağla olacaq.

Birinci görüşdə partiya sədrləri yeni hökumətin qurulması ilə bağlı öz şərtlərini irəli sürəcək.

Ramazan bayramından sonrakı ikinci turdakı görüş koalisiya qurmaq ehtimalı ən çox olan siyasi partiya lideri ilə keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi