Əfqanıstan TRACECA layihəsinin üzvü olmağı planlaşdırır

Əfqanıstan TRACECA layihəsinin üzvü olmağı planlaşdırır Nazir: "Bu layihənin üzvü olmaq Əfqanıstan məhsullarına Cənubi Asiya və Avropa bazarlarına giriş imkanı verəcək"
Region
12 Yanvar , 2016 13:59
Əfqanıstan TRACECA layihəsinin üzvü olmağı planlaşdırır

Bakı. 12 yanvar. REPORT.AZ/ Əfqanıstan Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizi (TRACECA) layihəsində iştirak etməyə hazır olduğunu bildirib. "Report" Əfqanıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə adıçəkilən ölkənin nəqliyyat və mülki aviasiya naziri Mohammadulla Bataş məlumat verib.

Nazirin sözlərinə görə, bu layihənin üzvü olmaq Əfqanıstan məhsullarına Cənubi Asiya və Avropa bazarlarına giriş imkanı verəcək. Eyni zamanda M.Bataş qeyd edib ki, bu, Əfqanıstanın regionun iqtisadiyyatındakı rolunu möhkəmləndirəcək və İpək Yolunun bərpasına kömək edəcək.

Mohammadulla Bataş vurğulayıb ki, region ölkələrinin son iclasında layihənin üzvü olan dövlətlər Əfqanıstanın bu məqsədyönlü istəyini dəstəkləyəcəklərini bildirib. Xüsusilə, bu məsələ ilə bağlı danışıqların bir hissəsini üzərinə götürən İran nümayəndələri lazımi dəstəyi əsirgəməyəcəklərini ifadə edib.

Qeyd edək ki, TRACECA layihəsi 1993-cü ildən fəaliyyət göstərir. Bu layihədə Azərbaycan, Türkiyə, Ermənistan, İran, Tacikistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Rumıniya, Ukrayna, Bolqarıstan, Gürcüstan və Moldova iştirak edir.

Son xəbərlər

Orphus sistemi