Bakı. 29 yanvar. REPORT.AZ/ Əfqanıstan ordusunun keçirdiyi antiterror əməliyyatı nəticəsində "Taliban"ın 28 silahlısı zərərsizləşdirilib.
"Report" "Khaama Press"ə istinadən xəbər verir ki, bu haqda Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hərbçilər "Taliban"ın 12 silahlısını tutublar. Onlardan aşkarlanan silah, döyüş sursatı və əldəqayırma partlayıcı quruğular müsadirə edilib.
Xəbərdə bildirilir ki, əməliyyat ölkənin bir neçə bölgəsində, o cümlədən Pərvan, Nanqahar, Qəzi, Loqar, Uruzqan, Vardak, Qəndahar, Zabul, Baqla, Qunduz, Fəryab, Cauzcan və Bədəxşan əyalətlərində də keçirilib.