Bakı. 8 iyul. REPORT.AZ/ İyulun 12-14-də Düşənbədə təbbi fəlakət riskinin azaldılması üzrə Mərkəzi Asiya və Cənubi Qafqaz Regional Platformasının ilk iclası keçiriləcək.
"Report" "Asia Plus"a istinadən xəbər verir ki, görüşdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan və s. ölkələrin fövqəladə hallar nazirlərinin iştirak edəcəyi gözlənilir.
İclas "2015-2030-cu illərdə təbii faləkət riskinin azaldılması üzrə Senday çərçivə proqramı" üzrə tövsiyələrin həyata keçirilməsi məqsədilə keçiriləcək.
Yığıncaqda xüsusi diqqət təbii fəlakət riskinin azaldılması sahəsində regional əməkdaşlığa yönəldiləcək.