​Dövlət Bağçalı: "Türkiyədə koalisiya hökumətinin qurulması üçün ümid var"

​Dövlət Bağçalı: "Türkiyədə koalisiya hökumətinin qurulması üçün ümid var" "Heç bir şey bitmiş kimi düşünülməməlidir"
Region
14 Avqust , 2015 21:25
​Dövlət Bağçalı: Türkiyədə koalisiya hökumətinin qurulması üçün ümid var

Bakı. 14 avqust. REPORT.AZ/ "Hazırkı şərtlər daxilində Türkiyə hökumətsiz buraxılmamalıdır". "Report"un Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı yazılı açıqlamasında bildirib.

"Gözləntimiz Ədalət və İnkişaf Partiyası (AKP) ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) dürüst, heç bir şeyin hesab-kitabını aparmadan, qorxularını aşaraq, fikir ayrılığına səbəb olan təklifləri arxa plana ataraq yenidən bir araya gəlmənin yollarını tapa bilmələridir. Seçkinin təkrarlanmasına müsbət baxmağımız mümkün olmadığı kimi, azlıq hökuməti və ya seçki hökuməti qurulmasına da isti yanaşa bilmərik", - MHP lideri deyib.

D.Bağçalı vurğulayıb ki, Türkiyədə koalisiya hökumətinin qurulması üçün az da olsa ümid var: "AKP ilə CHP son dəfə bir araya gələrək koalisiya düyününü həll etmələri tarixi zərurət, milli məsuliyyətdir. Əgər bu olmayacaqsa, belə bir görüşə tərəflər yanaşmayacaqsa, Milliyyətçi Hərəkat Partiyası olaraq avqustun 17-də AKP sədri Əhməd Davudoğlu ilə əvvəlcədən planlaşdırılan görüşü keçirəcəyik. Əgər bizim prinsip və şərtlərimiz qəbul edilərsə, əvvəlcə ölkəm və millətim deyən türk siyasətinin 46 illik nəhəng çinarı Milliyyətçi Hərəkat Partiyası əlini deyil, gövdəsini belə daşın altına qoymağa qərarlıdır. Heç bir şey bitmiş kimi düşünülməməlidir. MHP varsa, hər zaman türk milləti və Türkiyə üçün ümid var". 

Son xəbərlər

Orphus sistemi