​Dmitri Peskov: "Moskvanın qərarı Bəşşar Əsədin mövqeyindən narazı qalması demək deyil"

​Dmitri Peskov: "Moskvanın qərarı Bəşşar Əsədin mövqeyindən narazı qalması demək deyil" "Suriya ərazisində - Xmeymim və Tartusda bizim iki hərbi bazamız qalacaq"
Region
15 Mart , 2016 20:12
​Dmitri Peskov: Moskvanın qərarı Bəşşar Əsədin mövqeyindən narazı qalması demək deyil

Bakı. 15 mart. REPORT.AZ/ "Rusiyanın hərbçilərinin Suriyadan çıxarılması haqda qərarı Bəşşar Əsədin mövqeyindən Moskvanın narazı olması demək deyil".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin "Rusiyanın öz qərarından dönməsinin Suriyadakı münaqişənin həlli ilə bağlı Bəşşar Əsədin tutduğu sərt mövqe ilə əlaqəsi varmı" sualına cavabında bildirib.

O, Rusiyanın Suriyadakı münaqişənin dinc yolla tənzimlənməsi mövqeyindən çıxışı etdiyini də vurğulayıb.

"Rusiyanın Suriyada hərbi əməliyyatları bərpa etməsi mümkündürmü" sualına cavabında mətbuat katibi belə cavab verib: "Bu, nəzəri mühakimədir. Biz nəzəri mühakimələri proqnozlaşdırmırıq".

O, Suriya ərazisində - Xmeymim və Tartusda ölkəsinin iki hərbi bazasının qalacağını və orada hərbi heyətin xidmət edəcəyini də deyib.

Son xəbərlər

Orphus sistemi