​Diyarbəkirdə partlayış zamanı 1 nəfər ölüb, 3 nəfər yaralanıb

​Diyarbəkirdə partlayış zamanı 1 nəfər ölüb, 3 nəfər yaralanıb Ərazi polis tərəfindən mühasirəyə alınıb
Region
2 Mart , 2016 01:30
​Diyarbəkirdə partlayış zamanı 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Bakı. 2 mart. REPORT.AZ/ Türkiyənin Diyarbəkir şəhərində baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

"Report" "Milliyet" qəzetinə istinadən xəbər verir ki, əldəqayırma partlayıcı qurğu çərşənbə axşamı Yenişehir rayonunda yerləşən evin birinci mərtəbəsində partlayıb. Partlayışın səbəbi hələ ki, müəyyən edilməyib.

Partlayışın gücündən yaxınlıqdakı evlərin şüşələri qırılıb. Hadisə baş verən ərazi polis tərəfindən mühasirəyə alınıb, şəhərə xüsusi təyinatlılar göndərilib.

Son xəbərlər

Orphus sistemi