​Dərbənddə dağıdılan türbə bərpa olunub

​Dərbənddə dağıdılan türbə bərpa olunub Yerli hüquq-mühafizə orqanları faktla bağlı araşdırmaya başlayıb
Region
12 Yanvar , 2015 10:04
​Dərbənddə dağıdılan türbə bərpa olunub

Bakı. 12 yanvar. REPORT.AZ/ Dərbənddə Seyid Mir Qafar ağanın dağıdılmış türbəsi bərpa edilib.

"Report" "Kafkaz-uzel"ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları tarixi abidənin dağıdılması faktı ilə bağlı araşdırmaya başlayıb.

Xatırladaq ki, Seyid Qafar türbəsi Dərbəndin Şıxsalah qəbiristanlığındadır. Türbəni yanvarın 6-da dağıdıblar. Yerli azərbaycanlıların etiraz aksiyasından sonra məsələyə Dağıstan hakimiyyəti də diqqət göstərib.

Ziyarətgahın dağıdılmasını Dağıstandakı heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, son günlər Dərbənddə baş verən etiraz aksiyaları ilə bağlı Dağıstan Respublikası Rəhbərinin Administrasiyası və Hökumətinin İnformasiya və Mətbuat İdarəsi Dağıstan və Azərbaycan xalqları arasında mövcud olan ənənəvi qardaşlıq münasibətlərində inamsızlıq yaratmaq cəhdlərinin artması ilə bağlı rəsmi bəyanatla çıxış edib.

"Biz qardaş Azərbaycanla iqtisadi və mədəni münasibətlərin inkişafında səmimi olaraq maraqlıyıq. Dövlətlərimizin və xalqlarımızın liderləri - Vladimir Putin və İlham Əliyev arasında olan ənənəvi xoş münasibətlər bizi buna istiqamətləndirir", - bəyanatda bildirilib.

Son xəbərlər

Orphus sistemi