​Dərbənddə açılan atəş nəticəsində iki polis yaralanıb

​Dərbənddə açılan atəş nəticəsində iki polis yaralanıb Hadisənin başvermə səbəbi araşdırılır
Region
13 İyul , 2016 00:23
​Dərbənddə açılan atəş nəticəsində iki polis yaralanıb

Bakı. 13 iyul. REPORT.AZ/Dərbənddə avtomobildən açılan atəş nəticsində iki polis yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Dağıstan Respubilkası Daxili İşlər Nazrilyinin mətbuat xidməti məlumat yayıb.

İnformasiyaya əsasən, hadisə polislər cinayətkarı təqib edərkən baş verib.

"İlkin məlumata görə, Dərbənddə polislər avtomobildən onlara atəş açan cinayətkarı tutmaq üçün təqib edirmiş. Açılan atəş nəticəsində iki polis əməkdaşı yaralanıb", -  deyə xəbərdə vurğulanıb.

Məlumatda bildirilib ki, hadisənin başvermə səbəbi araşdırılır.

Son xəbərlər

Orphus sistemi