Dərbənd meri vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur

Dərbənd meri vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur İmam Yaraliyev federal mülkiyyətdə olan torpaq sahəsini bələdiyyə mülkiyyətinə keçirmək istəyib
Region
13 Fevral , 2015 04:14
Dərbənd meri vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur

Bakı. 13 fevral. REPORT.AZ/ Dərbənd şəhərinin meri İmam Yaraliyev haqqında Rusiya Cinayət Məcəlləsinin 286-cı maddəsi ilə (vəzifə səlahiyyətlərini aşma) cinayət işi açılıb.

"Report"un İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, iddia olunur ki, 2010-cu ildən mer vəzifəsini icra edən İ.Yaraliyev 2014-cü ildə federal mülkiyyətdə olan 1500 kv.m. torpaq sahəsini qanunsuz olaraq bələdiyyə mülkiyyətinə keçirmək istəyib.

Xatırladaq ki, Dərbənd meriyasının dövlətə 36 milyon rubl həcmində ziyan vurması ilə bağlı materiallar bu ay Dağıstanın hüquq-mühafizə orqanları tərəfindən prokurorluğa təqdim olunmuşdu.

Son xəbərlər

Orphus sistemi