​Deputat: "Levon Ter-Petrosyanın xəstəliyi ciddidir"

​Deputat: "Levon Ter-Petrosyanın xəstəliyi ciddidir" Levon Zurabyan: "Keçmiş prezidentə qoyulan diaqnozu burada açıqlaya bilmərəm"
Region
18 Yanvar , 2016 15:17
​Deputat: Levon Ter-Petrosyanın xəstəliyi ciddidir

Bakı. 18 yanvar. REPORT.AZ/ "Ermənistan Milli Konqresinin lideri, keçmiş prezident Levon Ter-Petrosyanın xəstəliyi ciddi olsa da, müalicəsi mümkündür".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Milli Konqresin ölkə parlamentindəki fraksiyasının başçsısı Levon Zurabyan yanvarın 18-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, keçmiş prezidentin müalicəsiylə tanınmış həkimlər məşğul olurlar. Bununla belə, Levon Zurabyan Milli Konqresin liderinə qoyulan diaqnozu açıqlamayıb: "Mən diaqnozu burada açıqlaya bilmərəm".

Qeyd edək ki, ötən həftə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan oğlunun toyunu təxirə salaraq, ABŞ-a səfərə gedib.

Məlumata görə, o, səfərdən öncə, yanvarın 8-də ABŞ-ın Ermənistandakı səfiri ilə görüşüb. 

Son xəbərlər

Orphus sistemi