Bakı. 27 iyun. REPORT.AZ/ "Təkpartiyalı hökumət rahatlığı artıq yoxdur. 25-ci çağırışda qüvvələrin fərqliliyi, prinsipi özünü daha aydın şəkildə hiss etdirəcək. Parlamentin müəyyənedici və istiqamətverici gücü, təsiri ortaya çıxacaq. Türkiyə Böyük Millət Məcisindəki yeni mənzərədə bu vəzifəni hamımız birlikdə yerinə yetirəcək və məsuliyyəti birlikdə daşıyacağıq".
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Cümhuriyyət Xalq Partiyasından parlament sədrliyinə namizəd Dəniz Baykal millət vəkillərinə ünvanladığı məktubunda yazıb.
O, müraciətində məclisi qarşıdan gələn dövrdə gözləyən çətinliklərdən də bəhs edib: "Siz, dəyərli millət vəkilləri, dostlarım, əgər bu şərəfli vəzifəni mənə həvalə etsəniz, mən də onu məsuliyyətlə daşıyaram".