Davutoğlu: Rusiyalı pilotun cənazəsi Türkiyəyə gətirilib

Davutoğlu: Rusiyalı pilotun cənazəsi Türkiyəyə gətirilib Oleq Peşkovun cənazəsi Bakı saatı ilə 03.00-da artıq Hatay vilayətinin ərazisində olub
Region
29 Noyabr , 2015 12:58
Davutoğlu: Rusiyalı pilotun cənazəsi Türkiyəyə gətirilib

Bakı. 29 noyabr. REPORT.AZ/ Noyabrın 24-də Türkiyə-Suriya sərhədində vurulan "Su-24" təyyarəsinin pilotunun cənazəsi Suriyadan Türkiyəyə gətirilib.

"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Baş naziri Əhməd Davutoğlu Brusseldə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Oleq Peşkovun cənazəsi Bakı saatı ilə 03.00-da artıq Türkiyənin Hatay vilayətinin ərazisində olub və qısa zamanda Rusiyaya təhvil veriləcək.

Pilotun nəşinin dəfnə hazırlığı xristian din xadimlərinin iştirakı ilə mənsub olduğu dini ənənələrə uyğun olaraq həyata keçirilib.

Davutoğlu bir daha bəyan edib ki, rəsmi Ankara Moskova ilə münasibətlərin gərginləşməsində maraqlı deyil.

Son xəbərlər

Orphus sistemi