Davudoğlu: "Heç kəs özünü qanunun yerinə qoya bilməz"

Davudoğlu: "Heç kəs özünü qanunun yerinə qoya bilməz" Ankarada kürd yönümlü Xalq Demokratik Partiyasının (XDP) qərargahına hücum olub
Region
9 Sentyabr , 2015 04:08
Davudoğlu: Heç kəs özünü qanunun yerinə qoya bilməz

Bakı. 9 sentyabr. REPORT.AZ/ Son iki gün ərzində PKK terrorçuları tərəfindən Türkiyədə 30-a yaxın polis əməkdaşı ilə hərbçinin qətlə yetirilməsinə etiraz edən bir qrup Ankara sakini ötən axşam kürd yönümlü Xalq Demokratik Partiyasının (XDP) qərargahına hücum ediblər. "Report" NTV telekanalına istinadən xəbər verir ki, etirazçılar partiya qərargahına daxil olaraq mebelləri və kompyutelləri yararsız vəziyyətə saləıblar, şüşələri qırıblar.

Baş nazir Ahmet Davutoğlu hadisəyə dərhal münasibət bildirib. "Qardaşlar arasında ədavətin yaranmasına imkan verməyəcəyik", - deyən hökümət başçısı, terrorizmlə mübarizənin qətiyyətlə davam etdiyini, PKK-ya qarşı atılan bütün addımların qanunvericiliyə əsaslandığını qeyd edib.

O, bildirib ki, heç kəs özünü qanunun yerinə qoya bilməz. 

Son xəbərlər

Orphus sistemi