​Davudoğlu: "Rusiyanın Suriyadakı əməliyyatları İŞİD-ə qarşı mübarizədə çətinlik yaradır"

​Davudoğlu: "Rusiyanın Suriyadakı əməliyyatları İŞİD-ə qarşı mübarizədə çətinlik yaradır" Türkiyənin baş naziri: "Bu əməliyyatlar Suriyanın Əziz və Bayırbucak rayonlarındakı müxalifətə və İŞİD-ə qarşı savaşanlara yönəlib"
Region
3 Dekabr , 2015 12:30
​Davudoğlu: Rusiyanın Suriyadakı əməliyyatları İŞİD-ə qarşı mübarizədə çətinlik yaradır

Bakı. 3 dekabr. REPORT.AZ/ "Rusiyanın Suriyada apardığı əməliyyatlar İŞİD-ə qarşı mübarizədə çətinliklər yaradır".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Azərbaycana səfəri öncəsi Ankarada Esenboğa hava limanında keçirdiyi mətbuat konfransında bildirib.

"Rusiyanın əməliyyatları, özəlliklə Suriyanın Əziz və Bayırbucak rayonlarındakı fəaliyyəti Bəşşar Əsəd rejiminin müxalifətinə və İŞİD-ə qarşı savaşanlara yönəlib. Rusiyanın əməliyyatları nəticəsində bu qüvvələr həmin bölgələrdən sıxışdırılır. Ona görə də RF-nin əməliyyatı İŞİD-ə qarşı mübarizədə çətinliklər yaradır", - o, vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi