​Davudoğlu: "Qırıcı insidenti həll olundu, Rusiya bizim qonşumuz və dostumuzdur"

​Davudoğlu: "Qırıcı insidenti həll olundu, Rusiya bizim qonşumuz və dostumuzdur" "Rusiya ilə Türkiyə arasında heç bir gərginlik yoxdur"
Region
6 Oktyabr , 2015 02:54
​Davudoğlu: Qırıcı insidenti həll olundu, Rusiya bizim qonşumuz və dostumuzdur

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Rusiya ilə Türkiyə arasında heç bir gərginlik yoxdur, Moskva sərhədi pozan qırıcı təyyarə barədə Ankaranı məlumatlandırdı".

"Report" xəbər verir ki, bu bəyanatla "Haber Türk" telekanalının efirində Türkiyənin baş naziri Əhməd Davudoğlu çıxış edib.

"Biz baş verənlərlə bağlı diplomatik təmas qurduq. Bizim mövqeyimiz tamamilə aydındır: əgər kimsə bizim sərhədlərimizi və ya hava məkanımızı pozursa, o bizdən doscasına xəbərdarlıq alır. Rusiya bizim qonşumuz və dostumuzdur. Bu mənada bizim ölkələrimiz arasında heç bir gərginlik yoxdur. Suriya problemi Türkiyə-Rusiya böhranı deyil. Bu gün səhər (5 oktyabr, - red) Rusiya tərəfi insidentin təsadüfən olması barədə bizi məlumatlandırdı və bildirdi ki, Rusiya Türkiyənin sərhədlərinə hörmətlə yanaşır və bir daha belə təsadüflərə yol verməyəcək".

Son xəbərlər

Orphus sistemi