​Davudoğlu: “Biz erməni lobbisinə boyun əyməyəcəyik!”

​Davudoğlu: “Biz erməni lobbisinə boyun əyməyəcəyik!” Türkiyənin baş naziri partiyasının növbəti konqresində iştirak edib
Region
9 Fevral , 2015 00:12
​Davudoğlu: “Biz erməni lobbisinə boyun əyməyəcəyik!”

Bakı. 9 fevral. REPORT.AZ/Türkiyənin baş naziri Əhməd Davudoğlu rəhbəri olduğu hakim Ədalət və İnkişaf Partiyasının İstanbul şöbəsinin beşinci konqresində iştirak edib.

“Report” Türkiyənin “Anadolu” agentliyinə istinadən xəbər verir ki, baş nazir çıxışı zamanı bildirib:

"Burdan elan edirəm: Biz nə yəhudi lobbisinə, nə erməni lobbisinə, nə də yunan lobbisinə boyun əydik, bundan sonra da əyməyəcəyik. Onlara mesaj göndərən paralel lobbiyə də müraciət edirəm: Harada olursunuz olun, izzətlə qarşınızda dayanacağıq, bu millətə, bu vətənə etdiyiniz bu xəyanətə görə zəlil olacaqsınız”.

Son xəbərlər

Orphus sistemi