Bakı. 30 iyun. REPORT.AZ/ Dağıstanın üç dağlıq rayonunda antiterror əməliyyatı rejimi tətbiq edilməyə başlanılıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə respublikanın əməliyyat qərargahının nümayəndəsi məlumat verib.
Antiterror əməliyyatı səhər saatlarından Şamil rayonunda, eləcə də Xunzax rayonunun Nakitl kəndi yaxınlığındakı dağlıq-meşəlik ərazilərdə və Qunibski rayonunun Qaradağ kəndində aparılır. Əməliyyatın məqsədi yaraqlıların və onların havadarlarının axtarışıdır.
Xatırladaq ki, iyunun 16-17-də Dağıstan Süleyman-Stalski və Dərbənd rayonlarında baş vermiş iki silahlı qarşıdurma nəticəsində 5 xüsusi təyinatlı hərbçi ölmüş, daha 4 hərbçi yaralanmışdı.