Bakı. 11 mart. REPORT.AZ/ Bu gün Bakı vaxtı ilə səhər saat 05-dən etibarən Dağıstanın Xunzax və Botlix rayonlarında antiterror əməliyyatı rejimi tətbiq edilib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Milli Antiterror Komitəsinin Dağıstandakı Əməliyyat qərargahının təmsilçisi məlumat yayıb.
Məlumata görə, respublikanın Xunzax və Botlix rayonlarında qanunsuz silahlı qruplaşmaların axtarışı əməliyyatı keçirilir.