​Dağıstanda yol qəzalarında 9 nəfər ölüb, 9 nəfər yaralanıb

​Dağıstanda yol qəzalarında 9 nəfər ölüb, 9 nəfər yaralanıb Hadisələr respublikanın Qarabudaqkənd və Qayakənd rayonları ərazisində baş verib
Region
25 Aprel , 2016 14:19
​Dağıstanda yol qəzalarında 9 nəfər ölüb, 9 nəfər yaralanıb

Bakı. 25 aprel. REPORT.AZ/ Dağıstanın iki müxtəlif rayonunda baş verən yol-nəqliyyat hadisələri nəticəsində 9 nəfər ölüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, respublikanın Qarabudaqkənd rayonunda iki "VAZ-2109" markalı avtomobillərin toqquşması nəticəsində 6 nəfər ölüb, 6 nəfər yaralanıb, Qayakənd rayonu ərazisində oxşar qəza nəticəsində isə 4 nəfər ölüb, 3 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi