​Dağıstanda xüsusi əməliyyat zamanı bir neçə yaraqlı zərərsizləşdirilib

​Dağıstanda xüsusi əməliyyat zamanı bir neçə yaraqlı zərərsizləşdirilib Öldürülənlərin dəqiq sayı və şəxsiyyəti məlum deyil
Region
26 Yanvar , 2016 03:04
​Dağıstanda xüsusi əməliyyat zamanı bir neçə yaraqlı zərərsizləşdirilib

Bakı. 26 yanvar. REPORT.AZ/ Dağıstanın Andi kəndində hüquq-mühafizə orqanları tərəfindən aparılan xüsusi əməliyyat zamanı bir neçə yaraqlı məhv edilib.

"Report"un xəbərinə görə, bu barədə TASS-a respublikanın güc strukturlarındakı mənbə məlumat verib.

"Döyüşlər Botlix rayonunun yaşayış məntəqəsində gedib. Cinayətkarların olduğu ev güclü dağıntıya məruz qalıb. Öldürülənlərin dəqiq sayı və şəxsiyyəti dağıntılar aradan qaldırıldıqdan sonra məlum olacaq", - deyə mənbə bildirib.

Son xəbərlər

Orphus sistemi