Dağıstanda terrora hazırlaşan İŞİD-lə əlaqəsi olan mütəşəkkil cinayətkar dəstə saxlanılıb

Dağıstanda terrora hazırlaşan İŞİD-lə əlaqəsi olan mütəşəkkil cinayətkar dəstə saxlanılıb Xasavyurd rayonunun Mutsalaul kəndində cinayətkar dəstənin olması barədə məlumat əldə edilib
Region
17 Mart , 2016 11:47
Dağıstanda terrora hazırlaşan İŞİD-lə əlaqəsi olan mütəşəkkil cinayətkar dəstə saxlanılıb

Bakı. 17 mart. REPORT.AZ/ Dağıstanda İŞİD-lə əlaqəsi olan və respublikada terror aktı törətməyə hazırlaşan mütəşəkkil cinayətkar dəstə saxlanılıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Milli Antiterror Komitəsinin (MAK) İnformasiya Mərkəzindən məlumat verilib.

MAK-ın Dağıstandakı Əməliyyat Qərargahının əməliyyat-axtarış tədbirləri nəticəsində Xasavyurd rayonunun Mutsalaul kəndində terror aktları törətməyə hazırlaşan cinayətkar dəstənin olması barədə məlumat əldə edilib.

Hadisə yerinə gələn əməliyyat qrupu İŞİD ilə əlaqəsi olan 3 qulduru həbs edib.

Son xəbərlər

Orphus sistemi