​Dağıstanda Rusiya dəniz piyadalarının təlimi keçirilir

​Dağıstanda Rusiya dəniz piyadalarının təlimi keçirilir Qanunsuz silahlılar "rolunda" desant tağımlarının şəxsi heyəti çıxış edib
Region
20 Aprel , 2015 15:28
​Dağıstanda Rusiya dəniz piyadalarının təlimi keçirilir

Bakı. 20 aprel. REPORT.AZ/ Rusiya Xəzər Donanmasının dəniz piyadaları Dağıstanda "Skorpion" və "Adanak" poliqonlarında təlimə başlayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimdə 600-ə yaxın hərbçi iştirak edir. Məlumatda bildirilib ki, hərbi tədbirə dəniz piyadalarının tağımlarına aid "Ataman Platonov" desant kateri, "Serna" tipli 4 desant kateri və 50-dən artıq döyüş və xüsusi texnika cəlb edilib.

Təlimdə kəşfiyyat materiallarına əsasən, dəniz sahilindəki şərti qanunsuz silahlı qruplaşmaların zərərsizləşdirilməsi ilə bağlı əməliyyat keçirilib.

Qanunsuz silahlılar "rolunda" dəniz piyadalarının şəxsi heyəti çıxış edib. 

Son xəbərlər

Orphus sistemi