Dağıstanda polisə atəş açan iki silahlı öldürülüb

Dağıstanda polisə atəş açan iki silahlı öldürülüb Son olaraq dekabr ayında Dağıstanda 5 silahlı öldürülmüşdü
Region
28 Yanvar , 2015 06:04
Dağıstanda polisə atəş açan iki silahlı öldürülüb

BAKI. 28 yanvar. REPORT.AZ/ Dağıstanın Buynaksk rayonunun Nijnee Kazanişe kəndi yaxınlığında polis əməkdaşlarına atəş açan iki silahlı şəxs öldürülüb.

"Report" İnterfaks agentliyinə istinadən xəbər verir ki, ötən axşam avtomobili saxlamağa cəhd edən polis əməkdaşlarına atəş açılıb. Atışma nəticəsində maşında olan iki şəxs öldürülüb.

Qeyd edək ki, son olaraq ötən ilin dekabr ayında Dağıstanda keçirilən reyd zamanı 5 silahlı öldürülmüşdü.

Son xəbərlər

Orphus sistemi