Dağıstanda gömrük işçiləri Azərbaycan vətəndaşından bəyan edilməmiş "iPhone 5S" partiyası müsadirə edib

Dağıstanda gömrük işçiləri Azərbaycan vətəndaşından bəyan edilməmiş "iPhone 5S" partiyası müsadirə edib Əl yükü və baqajın yoxlanılması zamanı Azərbaycan vətəndaşının Rusiyadan gizli yolla 11 ədəd mobil telefon çıxarmağa çalışdığı aşkarlanıb
Region
3 İyun , 2016 10:55
Dağıstanda gömrük işçiləri Azərbaycan vətəndaşından bəyan edilməmiş iPhone 5S partiyası müsadirə edib

Bakı. 3 iyun. REPORT.AZ/ Dağıstanın Məhərrəmkənd rayonunda yerləşən gömrük postunda gömrük işçiləri Azərbaycan vətəndaşında bəyan edilməmiş "iPhone 5S" mobil telefon partiyası və onun aksesuarlarını aşkarlayaraq müsadirə edib.

"Report" "RİA Dağıstan"a istinadən xəbər verir ki, Azərbaycan vətəndaşının əl yükü və baqajının yoxlanılması zamanı Rusiyadan gizli yolla 11 ədəd mobil telefon və onun aksesuarlarını (12 ədəd adapter (enerji toplayıcı) və 22 ədəd ötürücü - red.) çıxarmağa çalışdığı aşkarlanıb.

Bu məhsullar Rusiya Federal Gömrük Xidmətinin intellektual mülkiyyət obyektləri reyestrinə salınıb. İnzibati qayda pozuntusu və ekspertizanın nəticələrindən sonra müsadirə olunmuş telefonların saxta olub-olmaması təyin olunacaq.

Son xəbərlər

Orphus sistemi