Dağıstanda ay yarıma 60 nəfər "donuz qripi"nə yoluxub

Dağıstanda ay yarıma 60 nəfər "donuz qripi"nə yoluxub Dağıstan Səhiyyə Nazirliyi: "Qrip üzrə epidemioloji vəziyyətə gündəlik olaraq nəzarət edilir"
Region
15 Yanvar , 2016 18:55
Dağıstanda ay yarıma 60 nəfər donuz qripinə yoluxub

Bakı. 15 yanvar. REPORT.AZ/ 2015-ci il dekabrın 1-dən etibarən Dağıstanda "donuz qripi"nə yoluxmaqla bağlı təxminən 60 hal qeydə alınıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə regional Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Nazirlikdən bildirilir ki, qrip üzrə epidemioloji vəziyyətə gündəlik olaraq nəzarət edilir və durum respublikanın infeksiya mərkəzində müzakirə olunur.

Son xəbərlər

Orphus sistemi