Bakı. 3 iyun. REPORT.AZ/ Qırğızıstanın Çolpon-Ata şəhərində MDB ölkələri Müdafiə Nazirləri Şurasının iclası işinə başlayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, iclası açan Rusiya müdafiə naziri Sergey Şoyqu tədbir zamanı çoxtərəfli əməkdaşlığa dair 20-yə yaxın məsələnin müzakirə olunacağını qeyd edib.
"Hərbi əməkdaşlıq sahəsindəki təcrübə göstərir ki, MDB Müdafiə Nazirləri Şurasının ardıcıl fəaliyyəti nəticəsində tədricən tərəfdaşlığın möhkəm təməli formalaşır", - Şoyqu görüşü açaraq bildirib.
Onun sözlərinə görə, MDB formatındakı əməkdaşlıq "Birliyin maraq dairəsində olan milli inkişafın geniş spektorunu əhatə edir və təhlükəsiz inkişafını təmin edir".
"Mən Şuranın bu gün keçirilən iclasının bu istiqamətdə daha bir addım olacağına əminəm", - Şoyqu bildirib.
Qeyd edək ki, yığıncaqda Azərbaycanın müdafiə naziri general-polkovnik