Terrorçu ​Cihadi Conun silahdaşı ehtimal edilən şəxs Türkiyədə saxlanılıb

Terrorçu ​Cihadi Conun silahdaşı ehtimal edilən şəxs Türkiyədə saxlanılıb Şübhəli şəxs İstanbulda həbs edilib
Region
13 Noyabr , 2015 23:34
Terrorçu ​Cihadi Conun silahdaşı ehtimal edilən şəxs Türkiyədə saxlanılıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Suriyada "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) tərəfində döyüşən ekstremist Məhəmməd Emvazinin (Cihadi Con ləqəbli) silahdaşı olduğu ehtimal edilən şəxs Türkiyədə saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyədəki rəsmi mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb.

Onların məlumatlarına görə, Cihadi Con ilə əlaqədə şübhəli bilinən şəxs İstanbulda həbs olunub. Türkiyə xüsusi xidmət orqanlarının fikrincə, saxlanılan Eyn Lesli Devis İŞİD terrorçularının əsirliyində olan qərbli girovları mühafizə edən britaniya islamçıları qrupunun üzvüdür.

Bunadək BBC Suriyanın Ər-Rakka şəhərində ABŞ Hərbi Hava Qüvvələrinin endirdiyi zərbələr nəticəsində girovların qətlində iştirak edən Emvazinin "böyük ehtimal" ilə məhv edildiyini məlumat vermişdi.

Son xəbərlər

Orphus sistemi