​Cənubi Sudanda qəzaya uğrayan təyyarənin ekipaj üzvlərindən 5-i Ermənistan vətəndaşıdır

​Cənubi Sudanda qəzaya uğrayan təyyarənin ekipaj üzvlərindən 5-i Ermənistan vətəndaşıdır Rusiyanın Uqandadakı səfirliyinin konsulluq şöbəsinin başçısı hadisə yerinə gedib
Region
4 Noyabr , 2015 16:30
​Cənubi Sudanda qəzaya uğrayan təyyarənin ekipaj üzvlərindən 5-i Ermənistan vətəndaşıdır

Bakı. 4 noyabr. REPORT.AZ/ Cənubi Sudanda qəzaya uğrayan "An-12" yük təyyarəsində ölən 6 ekipaj üzvündən 5-i Ermənistan, biri isə Rusiya vətəndaşı olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin qəza ilə bağlı yaydığı açıqlamada bildirilib.

"Rusiyanın Uqandadakı (bu səfirlik həm də Cənubi Sudanda akkreditə olunub) səfirliyi bildirib ki, qəzaya uğrayan təyyarə Tacikistanda qeydiyyatdan keçib. Təyyarənin heyəti 6 nəfərdən ibarət olub. Onlardan biri Rusiya, 5-i isə Ermənistan vətəndaşıdır", - XİN-dən bildirilib.

Rusiyanın Uqandadakı səfirliyinin konsulluq şöbəsinin başçısı Cənubi Sudana - hadisə yerinə gedib.

Qeyd edək ki, yerli KİV-in məlumatına əsasən, noyabrın 4-də Cənubi Sudanda Rusiya istehsalı olan "An-12" yük təyyarəsinin Cuba hava limanında qəzaya uğraması nəticəsində təxminən 50 nəfər həyatını itirib. 

Son xəbərlər

Orphus sistemi