Çeçenistanda baş vermiş insidentdə 7 silahlı öldürülüb

Çeçenistanda baş vermiş insidentdə 7 silahlı öldürülüb Atışma zamanı 4 polis əməkdaşı yaralanıb
Region
9 Oktyabr , 2016 09:20
Çeçenistanda baş vermiş insidentdə 7 silahlı öldürülüb

Bakı. 9 oktyabr. REPORT.AZ/ Çeçenistanın Qudermesk rayonunda polis əməkdaşları ilə silahlı şəxslər arasında atışma baş verib.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti"yə hüquq-mühafizə orqanlarındakı mənbə xəbər verib.

"Qudermesk rayonunu Enqel-yurt və Gerzel yaşayış məntəqələri arasında polis postları qurulub. Polis əməkdaşları postun yaxınlığından keçmək istəyən iki avtomobili saxlayaraq onları yoxlamaq istəyiblər. Lakin bu zaman avtomobillərdəki şəxslər polisə atəş açıblar" – deyə mənbə bildirib. O, qeyd edib ki, bu zaman polis əməkdaşları da silahlılara atəş açıblar.

Nəticədə 7 silahlı öldürülüb. Məlumatda bildirilir ki, zərərsizləşdirilmiş silahlıların sayı hadisə yerində təhqiqatlardan sonra məlum olacaq.

Atışma zamanı 4 polis əməkdaşı da yaralanıb.

Son xəbərlər

Orphus sistemi