​Çanaqqala savaşı Türkiyənin 81 bölgəsində yad ediləcək

​Çanaqqala savaşı Türkiyənin 81 bölgəsində yad ediləcək Tədbirlərdə foto sərgilər açılacaq, mərasim iştirakçıları məşhur savaşa dair hekayələri və mahnıları dinləyəcək
Region
3 Fevral , 2015 14:21
​Çanaqqala savaşı Türkiyənin 81 bölgəsində yad ediləcək

Bakı. 3 fevral. REPORT.AZ/ Türkiyənin 81 bölgəsində Çanaqqala savaşının 100 illiyinə həsr edilən tədbirlər keçiriləcək.

"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bununla bağlı ölkənin Gənclik və İdman Nazirliyi qərar qəbul edib.

Tədbirlər "Bir Hilal uğrunda" devizi altında fevralın 9-dan etibarən keçiriləcəck. Mərasimlər iyun ayınadək Türkiyənin 50, ilin sonunadək isə daha 31 bölgəsində gerçəkləşdiriləcək.

Tədbirlərdə Çanaqqala savaşına aid foto sərgilər açılacaq, mərasim iştirakçıları məşhur savaşa dair hekayələri və mahnıları dinləyəcək.

Son xəbərlər

Orphus sistemi