Bakı. 2 sentyabr. REPORT.AZ/ Türkiyənin Van əyalətinin Çaldıran rayonunda Tendürek dağı böləgəsində terrorçu PKK silahlıları ilə atışma nəticəsində bir çavuş, 3 kənd qoruyucusu şəhid olub, təhlükəsizlik xidmətinin 18 əməkdaşı yaralanıb.
"Report" Haber7-yə istinadən xəbər verir ki, yaralı hərbçi və qoruyucular xəstəxanalara yerləşdirilib.
Məlumata görə, terrorçuların zərərsizləşdirilməsi üçün havadan zərbələrlə dəstəklənən əməliyyat keçirilir.