Ərdoğan: "Bütün terror təşkilatlarına qarşı lazımi addımlar atılacaq"

Ərdoğan: "Bütün terror təşkilatlarına qarşı lazımi addımlar atılacaq" "Barak Obama ilə telefon danışığı zamanı İŞİD terror təşkilatı ilə mübarizə əzmimizi bir daha nümayiş etdirdik"
Region
24 İyul , 2015 17:23
Ərdoğan: Bütün terror təşkilatlarına qarşı lazımi addımlar atılacaq

Bakı. 24 iyul. REPORT.AZ/ "Bütün terror təşkilatlarına qarşı Türkiyə lazım olan hər cür addımı atacaq. Bu bizim qəti qərarımızdır, çünki bir dövlətin olduğu yerdə ikincisinin qurulmasına imkan verə bilmərik". "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, çıxışında ölkə vətəndaşlarının qorxu içərisində yaşamamalarını tövsiyə edib: "Çünki vətəndaşların özünə inamı hər şeydən üstündür. Bilmənizi istəyirəm ki, hazırda çox fərqli mübarizənin içərisindəyik. Bu mübarizəni də sonuna qədər lazımi şəkildə aparacağıq. Odur ki, hər bir vətəndaşımız dövlətinə inansın və güvənsin".

Ərdoğan həmçinin ABŞ prezidenti Barak Obama ilə telefonla danışdığını da vurğulayıb: "Həmin danışıq zamanı İŞİD terror təşkilatı ilə mübarizə əzmimizi bir daha nümayiş etdirdik. Qeyd etdik ki, bizim üçün İŞİD terror təşkilatıdır və belə bir terror təşkilatına qarşı Türkiyə həssaslıqla yanaşır. Bu qərarın nəticəsidir ki, bu gün səhər saatlarında İŞİD-in bəzi hədəflərini məhv etdik".

Türkiyənin dövlət başçısı ölkənin 16 rayonunda 300-ə yaxın nöqtədə əməliyyatlara başlanıldığını xatırladaraq əlavə edib ki, hazırda 200-dən çox şübhəli saxlanılıb: "Bu əməliyyat birgünlük deyil. Yəni əməliyyat bundan sonrakı prosesdə də davam edəcək".

Son xəbərlər

Orphus sistemi