Burcanadze: "Gürcüstanın NATO-ya daxil olmasının heç bir perspektivi yoxdur"

Burcanadze: "Gürcüstanın NATO-ya daxil olmasının heç bir perspektivi yoxdur" "Məhz 2008-ci ilin avqustundakı müharibədən sonra Gürcüstanın NATO-ya daxil olmaq perspektivi bitib"
Region
17 Fevral , 2016 11:00
Burcanadze: Gürcüstanın NATO-ya daxil olmasının heç bir perspektivi yoxdur

Bakı. 17 fevral. REPORT.AZ/ Gürcüstan 2008-ci ilin avqustundakı silahlı münaqişədən sonra NATO-ya daxil olmaq perspektivini itirib.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə fikri Gürcüstan parlamentinin keçmiş spikeri, "Demokratik hərəkat" partiyasının lideri Nino Burcanadze söyləyib.

"2008-ci ilin avqustundakı müharibədən sonra ölkə əhalisi Mixail Saakaşvili hökuməti tərəfindən dayanmadan təbliğ edilən NATO-ya üzvlüklə bağlı ideyanın böyük yalan olduğunu başa düşüb. Məhz 2008-ci ilin avqustundakı müharibədən sonra Gürcüstanın NATO-ya daxil olmaq perspektivi bitib", - deyə N.Burcanadze "Maestro" telekanalının efirində bildirib.

Xatırladaq ki, Gürcüstan və NATO arasında institusional əməkdaşlıq 1994-cü ildə, Gürcüstan "Sülh naminə tərəfdaşlıq" proqramına üzv olduqda başlayıb. 2008-ci ilin aprelində NATO-ya üzv ölkələrin Buxarestdə keçirilən sammitində Gürcüstanın gələcəkdə alyansın üzvü ola biləcəyi təsdiqlənib. 2014-cü ildə isə Gürcüstan alyansa üzv olmasına yardım edəcək tədbirlər paketi alıb.

Son xəbərlər

Orphus sistemi