Bakı. 15 yanvar. REPORT.AZ/ Bu ilin mayında Türkiyədə NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək.
"Report"un "RİA-Novosti"yə istinadən verdiyi məlumata görə, görüş mayın 13-14-də Antalya şəhərində baş tutacaq.
Məlumata görə, NATO-ya üzv 28 dövlətin XİN rəhbəri gündəlikdə duran əsas məsələlərlə bağlı fikir mübadiləsi aparacaq.