Bu ilin əvvəlindən Qazaxıstanda doqquz terror aktının qarşısı alınıb

Bu ilin əvvəlindən Qazaxıstanda doqquz terror aktının qarşısı alınıb Nurqali Bilisbekov: "Mülki əhalinin kütləvi toplaşdığı yerlərə terror hücumlarının təşkil edilməsinin qarşısı alınıb"
Region
22 Sentyabr , 2016 10:06
Bu ilin əvvəlindən Qazaxıstanda doqquz terror aktının qarşısı alınıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu ilin əvvəlindən Qazaxıstanda doqquz terror aktının qarşısı alınıb.

"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsinin (MTK) sədr müavini Nurqali Bilisbekov bildirib. 

Onun sözlərinə görə, 2011-ci ildən bəri ölkədə erkən hazırlıq mərhələsində olan 64 zorakı-ekstremist aksiyanın qarşısı alınıb. Komitənin sədr müavini deyib ki, bu ilin əvvəlindən isə doqquz belə hal yaşanıb: "Mülki əhalinin kütləvi toplaşdığı yerlərə, eləcə də obyektlərə və hüquq-mühafizə və xüsusi dövlət orqanlarının əməkdaşlarına qarşı terror hücumlarının təşkil edilməsinin qarşısı alınıb".

Son xəbərlər

Orphus sistemi