​Bu gün Rusiya və Ermənistan prezidentlərinin görüşü olacaq

​Bu gün Rusiya və Ermənistan prezidentlərinin görüşü olacaq Gündəlikdə ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri durur
Region
7 Sentyabr , 2015 07:49
​Bu gün Rusiya və Ermənistan prezidentlərinin görüşü olacaq

Bakı. 7 sentyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin bu gün Moskvada erməni həmkarı Serj Sarqsyanla görüşəcək.

"Report" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.

"Gündəlikdə siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri və Avrasiya məkanında qarşılıqlı inteqrasiya fəaliyyəti durur", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, görüş Ermənistan prezidentinin Rusiyaya işgüzar səfəri çərçivəsində baş tutacaq.

Son xəbərlər

Orphus sistemi