"British Airways" 4 ildən sonra Tehrana uçuşları bərpa edib

"British Airways" 4 ildən sonra Tehrana uçuşları bərpa edib İlk təyyarə bu gün İranın paytaxtına uçub
Region
1 Sentyabr , 2016 13:05
British Airways 4 ildən sonra Tehrana uçuşları bərpa edib

Bakı. 1 sentyabr. REPORT.AZ/ Britaniyanın "British Airways" (BA) hava şirkəti 4 ildən sonra sentyarbın 1-dən etibarən İrana uçuşları bərpa edib.

"Report" şirkətin saytına istinadən xəbər verir ki, sentyabrın 1-dən Tehrana həftədə 6 dəfə uçuş həyata keçiriləcək.

Məlumata görə, cari ilin sonunda BA həftəlik uçuş rejimindən gündəliyə keçməyi planlaşdırır.

Uçuş cədvəlinə uyğun olaraq, ilk təyyarə bu gün Bakı vaxtı ilə saat 12-də Tehrana uçub.

Qeyd edək ki, 2012-ci ildə "British Airways" İrana tətbiq edilən sanksiyalar çərçivəsində Tehrana uçuşları dayandırmışdı.

Bu yaxınlarda 8 illik fasilədən sonra Fransanın "Air France" hava şirkəti də İrana uçuşları bərpa edib. 

Son xəbərlər

Orphus sistemi