​Britaniyanın keçmiş baş naziri Gürcüstana gedəcək

​Britaniyanın keçmiş baş naziri Gürcüstana gedəcək İrakli Qaribaşvili onunla Gürcüstandakı və bölgədəki siyasi prosesləri müzakirə edib 
Region
28 Sentyabr , 2015 15:40
​Britaniyanın keçmiş baş naziri Gürcüstana gedəcək

Bakı. 28 sentyabr. REPORT.AZ/ Britaniyanın keçmiş baş naziri Toni Bleyr Gürcüstana səfər edəcək.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri İrakli Qaribaşvili bildirib.

İ.Qaribaşvili deyib ki, BMT Baş Assambleyası çərçivəsində Gürcüstan nümayəndə heyəti keçmiş baş nazirlə görüşüb. T.Bleyr Gürcüstan hökuməti başçısının dəvətini qəbul edib.

İrakli Qaribaşvili ilə Toni Bleyr Gürcüstandakı və bölgədəki siyasi prosesləri müzakirə edib.

İngilis versiyası Tony Blair to visit Georgia

Son xəbərlər

Orphus sistemi