Bolqarıstanda mədən işçiləri üç gündür etiraz aksiyası keçirir

Bolqarıstanda mədən işçiləri üç gündür etiraz aksiyası keçirir Onlar hadisə yerinə Bolqarıstanın Ombudsmanı Maya Manolovanın gələcəyini gözləyirlər
Region
13 Oktyabr , 2016 15:13
Bolqarıstanda mədən işçiləri üç gündür etiraz aksiyası keçirir

Sofiya. 13 oktyabr. REPORT.AZ/ Bolqarıstanın Bobov-Dol şəhərində “Babino” mədənində çalışan yüzə yaxın işçi artıq üç gündür etiraz aksiyası keçirir. 

"Report"un Şərqi Avropa bürosu xəbər verir ki, mədəni tərk etməyən işçilər buna səbəb kimi əmək haqlarının vaxtında verilməməsi, yaxın günlərdə 650 işçinin ixtisarının baş tutacağ və bir sıra güzəştlərin ləğv olunmasını əsas gətirirlər. Mədənçilərin iş yoldaşları da onlara dəstək olaraq şirkətin girişində etiraz aksiyası keçirirlər. Mədən rəhbərliyi razılıq haqqında saziş imzalayacağı təqdirdə etirazçılara mükafatların veriləcəyini bildirsə də, işçilər bu təklifi rədd ediblər.

Hazırda aksiya keçirən mədənçilərin 6 üzvü rəhbərliklə danışıqlara başlayıb. Etirazçılar hadisə yerinə Bolqarıstanın Ombudsmanı Maya Manolovanın gələcəyini gözləyirlər. Hökumət isə kütləvi ixtisarların baş verəcəyi halda mədənçilərin işlə təmin olunmaları üçün yeni iş yeri axtarışına başlamağı planlaşdırır.

Qeyd edək ki, artıq iki gecədir mədəndə qalan etirazçılar və onlara dəstək verən iş yoldaşları tələblərinin qəbul olunmayacağı təqdirdə aksiyalarını davam etdirəcəklərini bildirirlər.

Son xəbərlər

Orphus sistemi