Boliviyada avtobus dərəyə aşıb, 11 nəfər ölüb, 39 sərnişin yaralanıb

Boliviyada avtobus dərəyə aşıb, 11 nəfər ölüb, 39 sərnişin yaralanıb Avtobus 15 metr dərinliyə düşüb
Region
3 Sentyabr , 2016 21:23
Boliviyada avtobus dərəyə aşıb, 11 nəfər ölüb, 39 sərnişin yaralanıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Boliviyanın mərkəzi hissəsində sərnişin avtobusu dərəyə aşıb.

"Report" xəbər verir ki, bu barədə yerli polis mayoru Sabino Qusiana istinadən "Deber" qəzeti yazıb.

Hadisə nəticəsində ən azı 11 nəfər ölüb, 39 sərnişin yaralanıb.

On beş metr dərinliyə düşən avtobus Santa-Krus şəhərindən paytaxt Sukre istiqamətində hərəkətdə olub.

İlkin məlumatlara görə, sürücü döngədə idarəetməni itirib. Zərərçəkənlər yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Polis hadisə ilə bağlı araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi