​BMT təmsilçisi Ermənistan hakimiyyətini uşaqları zorakılıqdan qorumağa çağırıb

​BMT təmsilçisi Ermənistan hakimiyyətini uşaqları zorakılıqdan qorumağa çağırıb O qeyd edib ki, İnternetə giriş uşaqlar üçün yeni imkanlardan çox təhlükəni artırır
Region
20 May , 2015 13:18
​BMT təmsilçisi Ermənistan hakimiyyətini uşaqları zorakılıqdan qorumağa çağırıb

Bakı. 20 may. REPORT.AZ/ BMT Ermənistan hakimiyyətini uşaqların zorakılıqdan qorunmasına daha çox diqqət ayırmağa çağırıb. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu BMT-nin Uşaq ticarəti, pornoqrafiyası və fahişəliyi məsələləri üzrə xüsusi məruzəçisi Mod de Bur-Bukikkio bildirib.

O, rəsmi Yerevana məsləhət görüb ki, cinsi və başqa istismarın, kobud davranışın qurbanı olmuş uşaqların bərpası, cəmiyyətə yenidən adaptasiyası üçün mərkəzlər və etimad xidməti yaradılmalıdır.

BMT təmsilçisi uşaqlar arasında nikahın, qız və oğlanların cinsi zorakılığa məruz qalmasının yolverilməzliyini vurğulayıb. O qeyd edib ki, İnternetə giriş uşaqlar üçün yeni imkanlar yaratmaqdan çox təhlükəni artırır.

Mod de Bur-Bukikkio  bu il mayın 12-18-də Ermənistanda səfərdə olub və bir sıra hüquqi müdafiə təşkilatının təmsilçiləri, eləcə də insan alveri və cinsi istismarın qurbanı olmuş uşaqlarla görüşüb.

Xüsusi məruzəçi səfərin nəticəsi ilə bağlı hazırlayacağı yekun hesabatı BMT-nin insan haqları üzrə Şurasına təqdim edəcək.

Son xəbərlər

Orphus sistemi